Bakıda soyğunçuluq edən şəxs Ağdamda yaxalandı
09 fevral 2016 01:31 (UTC +04:00)

Bakıda soyğunçuluq edən şəxs Ağdamda yaxalandı

0

Bakıda  soyğunçuluq edən gənc Ağdam polisi tərəfindən saxlanılıb.

 

APA-nın Qarabağ müxbirinin Ağdam RPŞ-dən əldə etdiyi məlumata görə, Ağdam rayon Mirəşelli kənd sakini, 29 yaşlı Razi Məmmədov şikayət əsasında saxlanılıb.

 

Belə ki, Bakı şəhər sakini Vüsalə Babayeva Binəqədi rayon Polis Şöbəsinə tanımadığı şəxs tərəfindən soyulduğunu bildirib. Binəqədi polisi R. Məmmədovun kimliyini müəyyən etdikdən sonra onun axtarışını elan edib.  

 

R. Məmmədovun ailəsinin yaşadığı evdə olduğunu müəyyən edən Ağdam polisi onu yaxalayaraq cinayət məsuliyyətinə cəlb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar