Bakının mərkəzi prospektində silah-sursat aşkarlandı
19 dekabr 2014 13:18 (UTC +04:00)

Bakının mərkəzi prospektində silah-sursat aşkarlandı

0

Bakıda xeyli silah-sursat aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azadlıq prospekti ev 188-in qarşısından 1 ədəd “Beretta” markalı tapança, 2 ədəd “RQD-5” qumbarası, 1 ədəd alışdırıcı, 2 ədəd işıqlandırıcı, 2 ədəd müxtəlif çaplı və 11 ədəd təlim patronu tapılıb. Silah-sursat Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tapılıb və faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar