Bakıda sex, Yevlaxda ferma yandı
15 iyul 2015 01:33 (UTC +04:00)

Bakıda sex, Yevlaxda ferma yandı

Ötən axşam Bakı və Yevlaxda yanğın hadisəsi qeydə alınıb

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus sexin ərazisində ümumi sahəsi 20 kv.m olan 2 otaqlı tikilinin içərisində olan əşyalar yanıb. Tikili yanğından mühafizə olunub.

 

Yevlax rayonu, Kövər kəndində isə hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 1000 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar