Bakı və Ağstafada yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtda yanğın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan məftil toxuma sexinin içərisində 1 ədəd incələmə dəzgahının yanar hissələri yanıb. Sexdə olan 4 ədəd dəzgah və sex yanğından mühafizə olunub.
Ağstafa rayonu, Köçəsgər kəndində vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin arxa təkərləri və avtomobilin banına yığılmış 15 ton ot bağlamasının 10 tonu yanıb. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.