Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.
O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb.
“DAEWOO” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.