Oktyabrın 19-da Bakının Suraxanı rayonu ərazisində sərnişin avtobusu ağır qəza törədib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H. Əliyev prospektində 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısında “DAEWOO” markalı, 10 TF 611 nömrəli sərnişin avtobusu yolu keçən 70 yaşlı qadını vurub. Qadın hadisə yerində keçinib.
Oxşar hadisə rayonun N. Mustafayev küçəsində də baş verib. Naməlum avtomobil 20-25 yaşlarında qızı vurub və hadisə yerindən uzaqlaşıb.