Bakı şəhər sakinindən saxta pullar götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Soltanovdan 25 ədəd 100 manatlıq saxta əskinas götürülüb.
Araşdırmalar davam etdirilir.