Bakıda restoranda dava salan şəxsdən tapança götürüldü
12 avqust 2015 13:25 (UTC +04:00)

Bakıda restoranda dava salan şəxsdən tapança götürüldü

0

Bakıda restoranda dava salan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 10-da Xətai rayonu ərazisindəki restoranlardan birində şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb. Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov saxlanılıb. Ondan idman tapançası götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar