Bakıda quldurluq etmiş qrupun üzvü yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Bakı şəhər sakini Nəsrəddin Qasımovun 175 manat pulunu quldurluq yolu ilə almış qrupun digər üzvü - Naxçıvan şəhər sakini Rəşad Qasımov tutulub.
Araşdırma aparılır.