Bakıda quldurluq etdiyi üçün axtarılan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini Vasif Namazovun 800 manat pulunu quldurluq yolu ilə almış qrupun digər üzvü Rəşad Məhərrəmov tutulub.
Qeyd edək ki, məlum cinayət əməli ilə bağlı daha 4 nəfər də tutulub.