Bakıda qonşu qonşunu bıçaqladı
19 may 2016 02:28 (UTC +04:00)

Bakıda qonşu qonşunu bıçaqladı

0

Bakıda qonşu qonşunu bıçaqlayıb.

 

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

 

Xırdalan şosesində iki qonşu arasında mübahisə yaranıb. Mübahisədən sonra 1983-cü il təvəllüdlü Qürbәtov Rәşad İbad oğlu yaşadığı evə gedib. Lakin qonşusu sakitləşməyib və bıçaq götürərək, Rəşad Qürbətovun dalınca evlərinə gəlib. Mübahisə fərdi yaşayış evinin həyətində də davam edib və qonşu 33 yaşlı Rəşad Qürbətovu bıçaqlayıb.

 

Yaralı atası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məlumat verilib. Araşdırmalara başlayan polis əməkdaşları yaralının ifadəsini alıblar. Onu bıçaqlayan qonşunun tapılması istiqamətində tədbirlər görülür. Rəşad Qürbətovu bıçaqlayan şəxsin adı hələlik açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar