Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Şəms Qurbanovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü müəyyən edilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, qəzanın “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Səbinə Baxenova tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.