Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramazan ayı münasibətilə fərqli aksiya keçirib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, iftar zamanı işıqforlarda dayanan sürücülərə mərkəzin əməkdaşları tərəfindən xurma və su, əlavə olaraq isə kiçik hədiyyələr və oruc tutan sürücülər üçün tövsiyələr olan bukletlər paylanılıb.
Bu xeyriyyə aksiyası sayəsində bir çox insan sükan arxasında olduqları halda belə iftarlarını vaxtında aça biliblər.