Bakıda telefon oğruları tutuldu
09 fevral 2016 13:45 (UTC +04:00)

Bakıda telefon oğruları tutuldu

0

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də Bakı şəhər sakini Sədaqət Nağızadəyə məxsus mobil telefonu oğurlamış həmyerlisi Elxan Qasımov tutulub. Bundan başqa Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 19-da Svetlana Zazalıyevanın çantasından 526 manat və mobil telefon oğurlamış Saatlı rayon sakini Anar Ağayev yaxalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar