Bakıda Türkiyə vətəndaşının dələduzluq əməlləri ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi, 34-cü Polis Bölməsinə müraciət edən 1967-ci il təvəllüdlü Musayeva Ceyran Məmməd qızı və 1955-ci il təvəllüdlü İsmayılova Venera Salman qızı bildirib ki, Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Şükrü Yeşil Rza oğlu onların külli miqdarda pulunu mənimsəyib.
Qeyd edilib ki, Y.Şükrü C.Musayevanın 5 min dollarını və V.İsmayılovanın 65 min manatını aldadaraq alıb.
Müraciət əsasında araşdırma aparılır.