Bakıda qadını soymaq istəyən gənc oğlan tutuldu
13 aprel 2015 11:56 (UTC +04:00)

Bakıda qadını soymaq istəyən gənc oğlan tutuldu

0

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi və Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 11-də saat 23 radələrində B.Dadaşov küçəsində Aygün Nəsrullayevaya qarşı soyğunçuluğa cəhddə şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü  Rəvan Telman oğlu Qocalı tutulub. Şübhəli şəxsin üzərindən 4,244 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar