Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 10-da Xəzər rayonunun Binə qəsəbəsindəki mağazada qəsəbə sakini Sevil Nuriyevaya məxsus içərisində 3930 manat olan pul kisəsi oğurlanıb.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tapdıq Elçiyev tutulub.
Araşdırma aparılır.