Bakıda qadının zorlanaraq öldürülməsinin TƏFƏRRÜATLARI
29 dekabr 2012 13:52 (UTC +04:00)

Bakıda qadının zorlanaraq öldürülməsinin TƏFƏRRÜATLARI

 

 

Bakıda qadın meyitinin tapılması və sonrakı araşdırmalar zamanı meyitin üzərində zorlanma əlamətlərinin aşkarlanması olayının təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 29-da  1963-cü il təvəllüdlü Qumennaya Lyubov Aleksandryevnanın Süleyman Rüstəm küçəsi 56 ünvanında meyiti aşkarlanıb. Meyiti ilk olaraq L.Qumennayanın qızı tapıb və dərhal polisə məlumat verib. Meyit aşkarlanarkən o, lüt vəziyyətdə üzü yerə vəziyyətdə olub. Otaqdan kəskin spirtli içki qoxusu gəlirmiş və məlum olub ki, qadın həddindən artıq spirtli içki içdiyinə, nəfəs borusundakı tıxanmaya və zəhərləndiyinə görə ölüb. Lakin digər ekspertiza nəticələri başqa məqamların üstünü açıb. Ekspertiza nəticələri göstərib ki, qadının üzərində zorakılıq əlamətləri var. Həmçinin onun təbii və qeyri-təbii yolla zorlandığı da ortaya çıxıb. Dərhal məsələ ilə əlaqədar axtarış tədbirlərinə başlanılıb. Həmin gün qadınla birgə içki məclisində iştirak etmiş Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov müəyyən edilib və onlar tutulub.

 

Məlumata görə, L.Qumennaya xeyli müddət imiş ki, qeyri-sağlam həyat tərzi sürürmüş. Hazırda onun nə vaxt zorlanması, hansı şəraitdə ölməsi və digər qaranlıq məqamlar aydınlaşdırılır.

 

****

 

13:28

 

Bakıda zorlama əlamətləri olan qadın meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 29-da şəhər sakini Lyubov Qumennayanın meyitinin tapılması ilə əlaqədar araşdırmalar aparılıb.

 

Məlum olub ki, qadını Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov zorlayıblar.

 

Hər iki şəxs həbs edilib. Qadının ölməzdən əvvəl və ya sonra zorlandığı məlum deyil.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7101

Oxşar yazılar