Bakıda quldurluqla məşğul olan iki nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 22-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Şəbnəm Həsənovaya zor tətbiq edib içərisində məişət əşyaları olan çantasını alıb.
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elşad Məmmədov və İlqar Abbasov tutulub.