Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini Gülnarə Şahverdiyevaya məxsus evdən 300 manat pul və qızıl əşyalar oğurlamış Beyləqan rayon sakini İlkin Muxtarlı saxlanılıb.
Araşdırma aparılır.