Bakı şəhərinin Nərimanov rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə. Mayın 22-də 2 nəfər naməlum şəxs paytaxt sakini, 1974-cü il təvəllüdlü Abdullayeva Yelena Vladimirovnaya yaxınlaşıb. Həmin şəxslər qəfil qadının əlindəki çantanı dartıb alıblar.
Dərhal hadisə yerindən yayınan soyğunçular çanta ilə birlikdə 80 manat pul, 2 mobil telefon və 6 bankomat kartı aparıblar.
Hazırda fakt əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilir.