Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Emin Bayramova bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Aygün Ağayeva tutulub.
Araşdırma aparılır.