Bakıda qadın həyat yoldaşını niyə öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB
25 iyul 2016 10:39 (UTC +04:00)

Bakıda qadın həyat yoldaşını niyə öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

İyulun 23-də Bakının Ramana qəsəbəsində qadının həyat yoldaşını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.

 

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

 

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub.

 

Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

*****

 

23 iyul

 

Bakıda qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

 

 Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Nizam Rza

Oxşar yazılar