Mayın 23-də Bakı şəhərinin Sabunçu rayonunda həkim və oğlu xəstə qadın tərəfindən bıçaqlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zabrat qəsəbəsindəki 21 saylı poliklinikada pediatr işləyən 1971-ci il təvəllüdlü Lalə Mirzəyeva və oğlu 2004-cü il təvəllüdlü Rüfət xəstə qadın tərəfindən bıçaqlanıblar. Həkim qadın oğlu ilə birlikdə qızılca xəstəliyinə yoluxmuş Nərgiz Kərimovanın evinə gedib. Burada hələlik məlum olmayan səbəblərdən ana və oğlu N.Kərimova tərəfindən bıçaqlanıb.
Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla əlaqədar araşdırma aparılır.