Polis rəisinin müavinini gülləyən şəxs direktorla razılaşdı
25 noyabr 2014 15:07 (UTC +04:00)

Polis rəisinin müavinini gülləyən şəxs direktorla razılaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Lətifov Gülağa Ağaxan oğlu barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri və zərəçəkən şəxsin nümayəndəsi çıxış edib. Bundan sonra prokuror təqsirləndirən şəxsə suallar verib.

 

Daha sonra qətlin törədildiyi ərazinin yaxınlığında yerləşən Sabunçu rayon 68 saylı orta məktəbin direktoru Təhməz Eyvazov ifadə verib: “Gülağa bir dəfə yanıma gəlib dedi ki, burada nəysə tikəcək (məktəbin ərazisini nəzərdə tutur). Dedim ki, bura məktəbin ərazisidir, burada sənin uşaqlarınla yanaşı digər şagirdlər oynayır. O isə, mənə dedi ki, icra hakimiyəti ilə danışmışam razı olublar gəlib tikirəm. Bu barədə Təhsil şöbəsinə məlumat verdim, icra hakimiyyətinə getdim. Onlar məsələdən xəbərsiz olduqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra gördüm Gülağa gəlib oraya maşınla daş tökdürüb. Biz mübahisə etdik. Onu deyim mən 22 ildir ki, bu məktəbnin direktoruyam. Məktəb 1919 cu ildən fəaliyyət göstərir. Məktəbin əraziyi ilə bağlı sənədi yoxdur. Bununla bağlı mən hər yerə teleqram vurmuşam. Amma mənim teleqramı cavab verən olmayıb. Hadisədən öncə Təhsil Nazirliyində bu məsələni qaldırmışam. Nazirə də məktəbin sənədinin olmadığını bildirmişəm”.

Bundan sonra hakim və prokuror ifadə verən məktəb direktoruna suallar veriblər. İttiham olunan G.Lətifov da şahidin düzgün ifadə verdiyi bildirib.

Məhkəmə prosesi dekabr 1-də davam etdiriləcək.

 

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə F.Qədirov və Y.Alpaşeyev dünyasını dəyişib. Suraxanı rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Akif Nəzərov, eləcə də, onun oğlu, polis leytenantı Asif Nəzərov isə yaralanıb.

İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb.

Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər. Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı 90 SK 207 dövlət nömrə nişanlı avtomaşınla ora gəlib. Tikinti işləri aparmasına imkan vermədiklərinə görə onlarla mübahisə edib.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şxəsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya imumi təhlükəli üsülla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1453
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10