Bakıda polis rəisinin maşını avtobusla toqquşdu
16 iyul 2015 12:33 (UTC +04:00)

Bakıda polis rəisinin maşını avtobusla toqquşdu

Bakıda yol qəzası qeydə alınıb.

 

APA-nın  məlumatına görə, qəza Binəqədi rayonunun Cəfər Xəndan küçəsində qeydə alınıb.

 

Bakı şəhər sakini Azad Əhmədovun idarə etdiyi, 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Anar Şıxəliyevin idarə etdiyi 90-AP-982 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı xidməti avtomobil toqquşub.

 

Qəza zamanı xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar