Bakıda 53 yaşlı kişini maşın vurub öldürdü
29 sentyabr 2014 10:13 (UTC +04:00)

Bakıda 53 yaşlı kişini maşın vurub öldürdü

0

Bu gecə Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, saat 00.30 radələrində Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində 1991-ci il təvəllüdlü Yusif Hüseynli idarə etdiyi «Mercedes» markalı avtomobillə 1961-ci il təvəllüdlü Adıgözəl Gözəlovu vurub.

 

Nəticədə A.Gözəlov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 931

Oxşar yazılar