<span style="color:red;">BAKIDA MÖCÜZƏ KİMİ OLAY:  özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı
28 iyul 2016 10:16 (UTC +04:00)

BAKIDA MÖCÜZƏ KİMİ OLAY: özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı

İyulun 27-də axşam saatlarında Binəqədi rayonu ərazisində, 7-ci mikrorayonda özünü binanın 9-cu mərtəbəsindən atan 7 yaşlı Həsən Amanullayevin vəziyyəti çox ağırdır. Lent.az-ın məlumatına görə, hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.

 

Qeyd edək ki, 7 yaşlı Həsən Abdullayev özünü 9-cu mərtəbədəki mənzilin pəncərəsindən atarkən ağacların üstünə düşdüyündən sağ qalıb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

****

 

04:09

 

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. 

 

Lent.az-ın "musavat.com"-a istinadən xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb.  7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb.  Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb.  O, xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı uşağın həyatını həkimlər xilas edə biliblər.

 

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Nizam Rza

Oxşar yazılar