Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 54 ünvanında yerləşən fərdi evdə təmir işi aparan 1987-ci ildə anadan olmuş, Özbəkistan vətəndaşı Rahimov Bəxtiyar İslamabayeviç elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.