Mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, hadisə zamanı sərnişin xəsarət alıb. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.