Bakıda oğurluqla məşğul olan 4 nəfər tutuldu
03 fevral 2016 12:10 (UTC +04:00)

Bakıda oğurluqla məşğul olan 4 nəfər tutuldu

0

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 26-na keçən gecə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Nəsirxan Rzayevə məxsus mağazadan, qapının kilidini sındırmaqla 70 manat və geyim əşyaları, Əhsən Qasımova məxsus mağazadan isə qapının kilidini sındırmaqla 20 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Azər Mirzəyev və 1999-cu il təvəllüdlü Vüqar Süleymanov tutulublar.

 

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 30-dan fevralın 1-dək olan müddətdə Binə qəsəbəsi Atçılıq yaşayış massivində yaşayan Elmar Abbasova məxsus «Kamaz» markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İbrahim Hüseynov tutulub.

 

Bundan başqa Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-nə keçən gecə Y.Hüseynov küçəsində Nurulla Axundova məxsus «VAZ-2102» markalı avtomobilin akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Davud Abbasov tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar