Bakıda 81 yaşlı kişi itkin düşüb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, K.Kərimov küçəsi 34/35 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Bayramov Altay Vəli oğlu atasının itkin düşməsi barədə müraciət edib. A.Bayramov bildirib ki, Gürcüstan vətəndaşı olan atası 1931-ci il təvəllüdlü Bayramov Vəli Nemət oğlu evdə çıxaraq naməlum istiqamətə gedib. 2 gündür ki, 81 yaşlı kişidən xəbər yoxdur.
V.Bayramovun xarakterik əlamətləri götürülüb. Hazırda onun tapılaraq ailəsinə qaytarılması istiqamətində iş aparılır.