İyunun 5-də Yasamal rayonu ərazisində törədilmiş qətl hadisəsinin bəzi məqamları məlum olub. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, ofisdə 15 bıçaq zərbəsi ilə öldürülən Türkiyə vətəndaşı 44 yaşlı Alim Məhəmmədi iş adamı olub. O Göyçay rayonunda yerləşən kərpic zavodunun direktoru imiş. Qətlin hansı motivdə və hansı səbəbdən törədilməsi isə hələlik məlum deyil.
****
9:37
İyunun 5-də Bakı şəhərinin Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 20:00 radələrində Azərbaycan prospekti ev 23 mən 20 ünvanında yerləşən “Göyçay Caspian” MMC-nin ofisində Türkiyə vətəndaşı 1969-cu il təvəllüdlü Alım Məhəmmədin meyiti aşkarlanıb.
Meyitə baxış zamanı A. Məhəmmədin çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi məlum olub .Hadisəni törədən şəxs və ya şəxslər hələlik məlum deyil.
Faktla əlaqədar araşdırma aparılır.