Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 14:42-də başa çatıb.
Paytaxtda həyəcan: evə civə dağıldı
121