Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometrin sınması, nəticədə əşyanın daxilindəki civənin ətrafa dağılması ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 12:00-da başa çatıb.
Bu gün günorta saatlarında da Abşeron rayonunda da mənzildə termometr sınıb. Hadise yerinə cəlb edilən xilasedicilər saat 13:28-dək ərazini təmizləyiblər.
Qeyd edək ki, bu gecə Yasamal rayonunda da oxşar hadisə baş verib.