Sentyabrın 23-nə keçən gecə Bakının mərkəzində bir qrup gənclə əcnəbi vətəndaşlar arasında dava düşüb. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində Böyük Britaniya vətəndaşı, 1973-cü il təvəllüdlü Lemon Hey və Şotlandiya vətəndaşı, 1982-ci il təvəllüdlü Stüard Sliton müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki şəxsə tibbi yardım göstərilib.
Araşdırmalar nəticəsində dava zamanı 1986-cı il təvəllüdlü Kənan Əlləzov və 1985-ci ildə anadan olmuş Natiq Allahyarovun da müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hadisənin hansı səbəbdən baş verməsi və digər məqamlar hələlik dəqiqləşdirilməyib. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, xəsarət almış xarici ölkə vətəndaşları CİA Oİl and GAS İndustry şirkətinin əməkdaşları olub.