Bakıda intihar hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Həsənoğlu küçəsi 16 saylı binada qeydə alınıb.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Azər Namiq oğlu Əliyev özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.
Nərimanov rayon Prokurorluğundan virtualaz.org saytına bildiriblər ki, ölən şəxs Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı olub. Xidmət zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.