Bakıda mənzili yaran bacı-qardaş həbs edildi
17 mart 2018 15:08 (UTC +04:00)

Bakıda mənzili yaran bacı-qardaş həbs edildi

Bakıda oğurluqda şübhəli bilinən bacı-qardaş saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə  Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

 

Məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pulqabısının oğurlandığı məlum olub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilib və onlar “isti izlər”lə saxlanılıblar.

 

Araşdırmalarla onların Lənkəran rayon sakinləri Elvin Səmədov və bacısı Gülər olduqları müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05