Bakının Xətai rayonunda mənzildən oğurluq edilib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə İlqar Zülfüqarov küçəsində baş verib.
29 saylı binada yaşayan Rüstəm Musayev polis idarəsinə ərizə ilə müraciət edib. Mənzilə baxış keçirən polis əməkdaşları naməlum şəxslərin zərərçəkənin evinə eyvandan daxil olduğunu müəyyən ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğrular mənzildən 7500 manat pul və 15 000 manat dəyərində qızıl-zinət əşyaları aparıblar. Polis əməkdaşları evdən barmaq izləri götürüblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər. Faktla bağlı araşdırma aparır.