Mayın 21-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində mənzildən oğurluq edilib. 33-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Günəşli qəsəbəsində, 9 mərtəbəli yaşayış binasındakı mənzildən ümumilikdə 20 min manat dəyərində qızıl, 15 min manat pul oğurlanıb.
Hazırda oğurluq faktı əsasında əməliyyat-axtarış tədbirləri aparılır.