Bakıda mənzildən külli miqdarda pul oğurlandı
Nizami rayonunda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami Rayon Pois İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları faktla bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon ərazisindəki mənzillərin birindən 800 manat və 5150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini G.Qəfərli saxlanılıb.
897