Bakıda məktəbli məktəblini bıçaqladı - <span style="color:red;">YENİLƏNİB
26 fevral 2016 18:43 (UTC +04:00)

Bakıda məktəbli məktəblini bıçaqladı - YENİLƏNİB

0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb şagirdinin bıçaqlanması faktına münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib: “Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

 

18:20

 

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi 14 yaşlı İlkin M. məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı şagird ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən məktəbli saxlanılıb.

 

Xəstəxanadan APA-ya bildirilib ki, bıçaq xəsarəti alan şagird əməliyyat olunub və hazırda vəziyyəti stabildir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar