Bakıda məhkum xəstəlikdən ölüb.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək həbs edilən, 1964-cü il təvəllüdlü Fəxrəddin Qəhrəman oğlu Həsənov müalicə aldığı müəssisədə dünyasını dəyişib.
Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.