Bakıda mebel şirkətində dəhşətli hadisə: ölən var
01 avqust 2013 09:53 (UTC +04:00)

Bakıda mebel şirkətində dəhşətli hadisə: ölən var

Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 16:30 radələrində Binəqədi qəsəbəsində “İdeal Concept” MMC-yə məxsus mebel sexində, həmin şirkətin əməkdaşı, mişarçı Kərimov Cəlal Cəbrayıl oğlu iş yoldaşı, konstruktor Qəmbərov Rüfət Ədalət oğlunu amansızlıqla öldürüb. C.Kərimov iş yoldaşına kəsici alətlə çoxsaylı zərbələr endirib. Döş qəfəsi nahiyəsindən ağır xəsarətlər almış R.Qəmbərov hadisə yerindəcə keçinib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, qətlin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5521
avatar

Nizam Rza

Oxşar yazılar