Yasamal rayonunun Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 15-də saat 15 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Marusya Şıxıyeva vurulub. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.