
İki maşın toqquşdu, sərnişin öldü
0
0
Qaradağda avtomobil qəzası sərnişinin ölümünə səbəb oldu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 28-də saat 18 radələrində baş verib.
Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub. Nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
0
0