Bakıda maşın mağazaya girdi
04 oktyabr 2014 15:31 (UTC +04:00)

Bakıda maşın mağazaya girdi

0

Bakıda idarəetməni itirən sürücü maşını yol kənarındakı mağazaya çırpıb. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. "Nissan Patrol" markalı avtomobilin sürücüsü yüksək sürətlə Yusif Səfərov küçəsinə daxil olub. Bu zaman o sərt döngəni hesablamayıb və nəticədə idarəetməni itirərək yol kənarındakı mağazaya çırpılıb. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Əraziyə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

 

Yararsız hala düşən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1669

Oxşar yazılar