Bakıda mağazadan paltar oğurlayan şəxs tutuldu
15 aprel 2015 10:15 (UTC +04:00)

Bakıda mağazadan paltar oğurlayan şəxs tutuldu

0

Bakıda oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Lent.az-ın Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, aprelin 13-də saat 18:10 radələrində M. Qaşqay küçəsi, ev 28 ünvanında yerləşən “Qrand” market mağazasından “həyəcan” siqnalı daxil olub. Məlumat yoxlanılarkən obyektdən geyim əşyaları oğurlamış paytaxt sakini 1988-ci il təvəllüdlü Mikayılov Şahin Hüseyn oğlu saxlanılıb və sonrakı araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilb.

 

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar