Bakıda oğurluqda şübhəli bilinən Şərur rayon sakinləri tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 11-də gecə saat 02.40 radələrində Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozu ərazisində yerləşən Rasim Cəfərova məxsus "Kamran market" mağazasından rayon Mühafizə İdarəsinə "Həyəcan siqnalı" daxil olub.
Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə çıxıb və obyektin dam örtüyünü sındıraraq içəri daxil olmuş rayon ərazisində kirayədə yaşayan - Şərur rayon sakinləri Səxavət Seyidov və Nuran Kərimov yaxalanaraq Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə təhvil veriliblər.