Tikinti malları bazarındakı yanğın söndürüldü - <span style="color:red;">YENİLƏNİB
06 sentyabr 2014 16:00 (UTC +04:00)

Tikinti malları bazarındakı yanğın söndürüldü - YENİLƏNİB

0

Bakıda tikinti materialları bazarında baş vermiş yanğın artıq söndürülüb.


 

APA - nın məlumatına görə, Nərimanov rayonu, Ziya Bünyadov küçəsində (Dərnəgül şosesi) yerləşən tikinti bazarındakı mağazalardan birini tam, qonşuluqdakı mağazanı isə qismən əhatə edən yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon şöbəsinin əməkdaşları tərəfindən söndürülüb.

 

Yanğın ümumilikdə 150 kv.m sahəni əhatə edib. Yanğın nəticəsində dəymiş zərər dəqiqləşdirilir.  

 

 

***

 

15:00

 

Bakıda bazarda mağaza yanır.


 

Nərimanov Rayon Polis İdarəsindən APA - ya verilən məlumata görə, Dərnəgül şosesindəki tikinti mallarının satıldığı bazarda mağazalardan birində yanğın baş verib.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Nərimanov rayon şöbəsinin əməkdaşları hadisə yerindədirlər və yanğını söndürməyə çalışırlar. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1211

Oxşar yazılar